Tarixi yelkənli gəmi Hamburqa qayıdır

449

“Peking” adlı qədimi yelkənli gəmi “Peters werft” tərsanəsində bərpa olunaraq, Almaniyada muzey eksponatı kimi sərgilənmək üçün Hamburqa gətirilib.

“Seanews.az” xəbər verir ki, gəmi bundan öncə 2011-ci ildə “Blohm+Voss” tərsanəsində restavrasiya edilmişdi. “Peking” gəmisi “F.Laeisz” şirkətinin “Flying P-Liners” sürətli gəmilər seriyasına aid olub.

Əsasən Cənubi Amerikada istismar edilən gəmi 1932-ci ildə konversiya edilərək “Arethusa” adı altında internat məktəbi kimi fəaliyyət göstərirdi.

1974-cü ildə gəmi amerikalılar tərəfindən alınaraq Nyu-Yorkda muzey eksponatı kimi sərgilənirdi. 2015-ci ildə isə sözügedən gəmini  Hamburqun dəniz fondu alaraq  vətənə qaytarıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır