Dünyanın tamamilə LNG ilə çalışan ilk konteyner gəmisi istifadəyə verilib

240

Dünyanın tamamilə LNG ilə (mayeləşdirilmiş təbii qaz) çalışan “Teniere” adlı ilk konteyner gəmisi sifarişçiyə – “Eastern Pacific Shipping” şirkətinə təhvil verilib.


“Seanews.az” xəbər verir ki, 14.8 min TEU tutumu olan gəmi Koreyanın “Hyundai Samho Heavy İndustries” gəmiqayırma zavodunda inşa edilib.

Gəmi “Eastern Pacific Shipping” şirkəti tərəfindən 2018-ci ildə sifariş edilmiş 6 gəmidən birincisidir. Digər gəmilərin 2022-ci ilin üçüncü rübündə təhvili planlaşdırılır. Məlumata görə, gəmilər “CMA CGM” şirkəti tərəfindən Asiya-Aralıq dənizi marşrut xətti üzrə istismar ediləcəklər.