Tallindəki bərələr sahil elektrik şəbəkəsinə qoşulacaqlar

253

Estoniyada ilk dəfə olaraq Tallinnin “Köhnə Liman”ında “Tallink Group” şirkətinə məxsus “Victoria İ” gəmi bərəsi sahil elektrik enerjisi doldurma sisteminə qoşulub.  Estoniya-İsveç və Estoniya—Finlandiya marşrutları üzrə hərəkət edən bərələr də bu sistemdən istifadə edə biləcəklər.

“Seanews.az” xəbər verir ki, elektrik enerjisi doldurma sistemi “Köhnə Liman”ın beş körpüsündə quraşdırılıb.  Bu sistem tullantıların və səs-küyün əhəmiyyətli dərəcədə azalmasına və gəmilər limanda olarkən yanacağa qənaət etməsinə xidmət edəcək.

Məlumata görə, sistemin quraşdırılmasına 3.5 milyon avro investisiya yatırılıb. Hazırda “Tallink Group” şirkəti 5 kruiz gəmisini sözügedən sistemlə təmin edib. Yaxın gələcəkdə bu rəqəmin 12-yə çatdırılması planlaşdırılır.