Bu il Ukrayna NEZ-lərinə 43 min ton Azəbaycan nefti nəql edilib

221

Bu il Ukraynanın “Ukrtransnafta” şirkəti ölkənin neft emalı zavodlarına ümumilikdə 43 min ton Azəbaycan nefti nəql edib.

“Report”un “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, bu, Ukrayna NEZ-lərinə nəql edilən neftin ümumi həcmlərinin 19,1%-nə bərabərdir.

Bu ilin yanvar-avqust aylarında isə “Ukrtransnafta” şirkəti ümumilikdə 10,3 mln ton neft nəql edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8,3% çoxdur.

Xüsusilə, bu ilin ilk səkkiz ayı ərzində Ukrayna NEZ-ləri üçün 1,7 mln ton neft nəql edilib, tranzit neftinin həcmi isə 8,6 mln tona bərabər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,2% və 7,5% çoxdur.

Ötən ayda isə Ukrayna öz NEZ-lərinə neftin nəqlini 0,9% artıraraq 225 min təşkil edib.

Bu həcmlərin 117,1 min tonu Ukrayna nefti, 65,4 min tonu isə ABŞ-ın WTI nefti olub.

Məlumata görə, avqustda neft nəqlinin ümumi həcmi ötən ilin avqust ayı ilə müqayisədə 8% azalaraq 1,5 mln ton olub. Xüsusilə, Ukrayna ərazisindən boru kəməri ilə neftin tranziti 9,2% azalaraq 1,3 mln ton təşkil edib.