Azərbaycan HDQ-nin türkiyəli əlaqələndiricisi: Yayılan məlumatlar yalandır

236

“Sosial şəbəkələrdə mənim guya Azərbaycan HDQ-nin qərargahına buraxılmamağım və xidməti maşınıma icazə verilməməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının türkiyəli əlaqələndirici zabiti, 1-ci dərəcəli kapitan Eren Günay haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Bildirirəm ki, hazırda xidmətdəyəm və biz Azərbaycan HDQ komandanlığı ilə yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk. Bu kimi xəbərləri yayanlar Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi güdən bədniyyətli şəxslərdir”, – o bildirib.