Dənizçilər vətənə döndü

496

Dənizçilər vətənə döndü

“Azərbaycan Dənizçilərinə Dəstək” ictimai birliyindən DənizXəbərə verilən məlumata görə, “Hadi-Hamad Al-Hammam” şirkətinə məxsus “Hadi-41” gəmisində çalışan dənizçilər kapitan Vadim Babayev və baş köməkçi Səbuhi Tağıyev sentyabr ayının 20-də vətənə qayıdıblar.

Onları hava limanında “Azərbaycan Dənizçilərinə Dəstək” ictimai birliyinin sədri İlham Nəsirov və birliyin sədr-müavini Bəhlul İsmayılov qarşılayıb.