İsrail Birləşmiş Ərəb Əmirliklərini Şərqi Aralıq dənizi Qaz Forumuna qoşulmağa dəvət edib

210

İsrail Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Şərqi Aralıq dənizi Qaz Forumuna qoşulmağa dəvət edib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu barədə İsrail Enerji naziri Yuval Steinitz deyib.

O bildirib: “Birləşmiş Ərəb Əmirliklərinin forumda iştirakı üçün təklif verdik. Üzv ölkələr bunu araşdıracaq”.

Y.Steinitz Birləşmiş Ərəb Əmirliklərinin Enerji və Sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui ilə Avropaya təbii qaz nəqli mövzusunda əməkdaşlıq imkanlarını müzakirə edib.

Xatırladaq ki, Şərqi Aralıq dənizi Qaz Forumu ötən il yanvarın 16-da Yunanıstan, Kipr, İsrail, Misir, İtaliya, İordaniya və Misir tərəfindən yaradılıb. Bu il yanvarın 16-da ikinci toplantısını keçirən Şərqi Aralıq dənizi Qaz Forumunun üzv dövlətlərin xalqlarının rifahı üçün enerji təhlükəsizliyi əsasında qurulmasına qərar verilib.

Sentyabrın 22-də isə Misir, İsrail, İtaliya, İordaniya, Yunanıstan və Kiprin Enerji nazirləri regional təbii qaz bazarını möhkəmləndirəcək Şərqi Aralıq dənizi Qaz Forumunun təsis edilməsi barədə saziş imzalayıblar. Təşkilatın baş ofisi Qahirə şəhərində yerləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır