İran tərəfindən 23 xarici gəmiyə həbs qoyulub

235

İran hərbi qüvvələri tərəfindən 23 xarici gəmiyə həbs qoyulub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri bildirib.

O, həmin gəmilərin və onlarda olan yüklərin mülkiyyəti barədə geniş məlumat verməyib.

Ə. Təngsiri qeyd edib ki, gəmilərə qaçaqmalçılıqla mübarizə çərçivəsində həbs qoyulub.