“Shell” 9 min işçisini ixtisar edəcək

256

Böyük Britaniya – Niderland birgə müəssisəsi, neft-qaz nəhəngi “Shell” şirkəti aşağı karbonlu enerji istehsalına keçid çərçivəsində 9 min işçisini və yaxud işçilərinin 10%-dən çoxunu ixtisar etməyi planlaşdırır. Bu rəqəmə bu il işdən könüllü çıxan 1,5 min nəfər da daxildir.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, şirkət ixtisarlar hesabına 2022-ci ilə qədər 2-2,5 milyard ABŞ dolları məbləğində vəsaitə qənaət etməyi planlaşdırır.

Xatırladaq ki, bu il “Shell” koronavirus (COVID-19) pandemiyasının və qasırğaların təsiri ilə gündəlik neft hasilatının həcmini 3 min bareldən çox azaldıb.