Sabah yağış yağacaq

310

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz  22-25, Bakıda gecə 12-14, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz  olacaq.  

Oktyabrın 2-də Azərbaycanın əsasən şimal və qərb rayonlarında gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir  duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 13-18, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz  9-13 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.