Xəzər dənizində zəlzələ olub

211

Oktyabrın 8-də Xəzər dənizində maqnitudası 3.4 bal gücündə olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 09:36-da qeydə alınıb.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.