ASCO Azərbaycan Ordusuna dəstək olub

231

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivi könüllü şəkildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 064 min 022 manat ianə edib.  Bu məbləğ ASCO-nun əməkhaqqı fondundan ayrılıb.

ASCO ailəsi bu addımı ilə xalqımızın qürur və güvən yeri olan, işğal altındakı torpaqlarımızın azadlığı, dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusunun daim yanında olduğunu nümayiş etdirib.

Dənizçilər olaraq bildiririk ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun inamlı qələbələri hər birimizin qürur yerinə çevrilib. Bu qələbənin davamlı olacağına, tezliklə işğal olunmuş torpaqlarımızın tamamilə azad ediləcəyinə inanırıq.  Bu şərəfli missiyanın həyata keçirilməsində iştirak edən  hər kəsə uğurlar diləyirik! Qarabağ Azərbaycandır!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır