Türkiyənin “Oruç Reis” gəmisi Şərqi Aralıq dənizində seysmik araşdırma işləri aparacaq

221

Türkiyənin “Oruç Reis” seysmik tədqiqat gəmisi “Ataman” və “Cengizhan” adlı gəmilərlə birgə Şərqi Aralıq dənizində seysmik araşdırma işlərinə cəlb olunub.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, gəminin xidməti 12 oktyabr – 22 oktyabr tarixləri arasında davam edəcək.

“Oruç Reis” seysmik tədqiqat gəmisi kontinental şelf və təbii qaynaq axtarışları başda olmaqla hər cür geoloji, geofiziki, hidroqrafik və okeanoqrafik tədqiqatlar apara bilir.

Tam təchiz edilmiş və çoxməqsədli, dünyada nadir tədqiqat gəmilərindən biri olan “Oruç Reis” gəmisində 2 və 3 ölçülü seysmik, cazibə və maqnit sahələrində geofiziki tədqiqatlar aparıla bilər. Gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər 2 ölçülü seysmik əməliyyatlar aparmağa qadirdir.