ASCO üzrə plastik tullantıların təkrar emala yönləndirilməsi istiqamətində işlərə başlanıb

248

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) və  struktura tabe  olan qurumlarda fəaliyyət zamanı təbiətin mühafizəsi istiqamətində davamlı tədbirlər görülür. Bu istiqamətdə daha bir addım atılıb.

ASCO-nun Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) təşəbbüsü ilə plastik su qablarının ayrıca yığılaraq təkrar emala yönləndirilməsinə başlanılıb.  Bunun üçün xüsusi tutumlar hazırlanaraq struktur qurumların ərazilərinə yerləşdirilib. Sözügedən tullantılar daşınaraq təkrar emala göndəriləcək. Hazırda tullantıların daşınması məqsədilə aidiyyəti şirkətlə müqavilənin bağlanması istiqamətində iş aparılır.

Təkrar emalın ərtaf mühitə və insan sağlamlığına faydaları çoxdur.  Bu, təbii ehtiyatların qorunmasına, onlardan səmərəli istifadəyə, enerjiyə qənaətə, dayanıqlı iqtisadi inkişafın formalaşmasına və tullantıların miqdarının azaldılmasına təsir göstərən ən effektiv üsuldur.  

Mənbə:seanews.az