“CMA CGM” şirkətinə məxsus konteyner gəmisi rekord vurub

238

“CMA CGM” şirkətinə məxsus LNG ilə çalışan 23 min TEU tutumlu “CMA CGM Jacques Saade” konteyner gəmisi oktyabrın 12-də 20723 TEU həcmində konteynerlərlə Sinqapurdan çıxıb.

“Seanews.az” xəbər verir ki, sözügedən gəmi cari il sentyabrın 22-də şirkətin balansına keçib və hazırda Asiya-Avropa marşrutu üzrə ilk reysini edir. Gəminin uzunluğu 400, eni 61 metrdir.

Şirkətdən bildirilib ki, bu tipli konteyner gəmilərinin alınması prosesi davam edəcək. Bu gəmilər də Asiya-Avropa marşrutları üzrə istismar olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır