Britaniyanın qalmaqallarla gündəmdə olan atom sualtı gəmisinin 35 dənizçisi koronavirusa yoluxub

252
Royal Navy Vanguard Class submarine HMS Vigilant returning to HMNB Clyde after her extended deployment. The four Vanguard-class submarines form the UK's strategic nuclear deterrent force. Each of the the four boats is armed with Trident 2 D5 nuclear missiles. Like all submarines the Vanguard Class are steam powered, their reactors converting water into steam to drive the engines and generate electricity.

Britaniyanın “HMS Vigilant” atom sualtı qayığının 35 dənizçisi koronavirusa yoluxub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Sualtı qayıq “Trident II” sualtı ballistik raketini təmir etmək üçün ABŞ sahillərinə çıxıb.

Lakin Corciyada yerləşən HDQ  bazasında qalma əmrinə məhəl qoymayaraq, ekipaj üzvlərindən bəziləri barlara və striptiz klublara gediblər, narkotik istifadə ediblər.

Bir neçə dənizçi isə hətta Florida ştatındakı Kokoa çimərliyində (bazadan 600 kilometr məsafədə) olublar.

Bu gəzintilər isə heyət üzvlərinin bəzilərinin COVİD-19-a yoluxması ilə nəticələnib.

Yoluxanlar arasında gəmidəki həkim və nüvə silahı buraxma kodunu bilən iki ekipaj üzvündən biri olan baş zabit də var.

Qeyd edək ki, sözügedən sualtı qayıq qalmaqallarla tanınır. İlk dəfə 2017-ci ildə gəmi daxilində heyət üzvləri arasında olan sevgi macərası bir neçə nəfərin istefası ilə nəticələnmişdi.

Artıq Britaniya mətbuatı sözügedən sualtı atom qayığına “HMS Sex and Cocaine” ləqəbini verib.