“Kanuni” qazma gəmisi İstanbula çatıb

314

Türkiyənin “Fatih” və “Yavuz” qazma gəmisindən sonra “Kanuni” Mərmərə dənizini keçərək İstanbul Haydarpaşa limanı sahillərinə çatıb.

Türkiyənin “Fatih” və “Yavuz” qazma gəmilərindən sonra “Kanuni” gəmisi də Mərmərə dənizini keçərək İstanbul Haydarpaşa limanı sahillərinə çatıb. 
Qara dənizdəki qazma işlərinə qatılmaq üçün Çanaqqala Boğazından keçdikdən sonra gəmi Marmara dənizinə üz tutan gəmi səhər radələrində Haydarpaşa Limanına gəlib.
Türkiyə Petrolleri Anonim Ortaklığı (TPAO) inventarına ilin əvvəlində  daxil edilən “Kanuni” 2012-ci ildə inşa edilib.
11.400 metr dərinliyə və 3000 metr qazma qabiliyyətinə sahib “Kanuni” 6-cı nəsil ultra dəniz qazma gəmisi kimi də tanınır.
Uzunluğu 227, hündürlüyü 114 və eni 42 metr olan gəmi 13 oktyabrda Mersin şəhərinin Taşucu Limanından yola düşüb və 16 oktyabrda Çanaqqalanın Bozcaada bölgəsinin dəniz sahilinə orta hesabla 8 mil sürətlə çatıb.