“Türkmənistanın Neft və Qaz 2020” XXV konfransı oktyabrın 28-29-da Aşqabadda keçiriləcək

279

“Türkmənistanın Neft və Qaz 2020” XXV beynəlxalq konfransı bu il oktyabrın 28-29-da Aşqabadda keçiriləcək. Konfrans “Türkmənqaz” Dövlət Konserni və “Türkmənneft”in təşkilatçılığı, “Türkmən Forum” şirkətinin əməkdaşlığı ilə onlayn formatda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konfransda neft-qaz bazarının fəaliyyətinin bütün aspektlərini, o cümlədən son qaz-kimya layihələrini əhatə edən layihələr təqdim olunacaq. Dünyanın neft-qaz şirkətlərinin aparıcı ekspertləri təqdimatlarla çıxış edəcək, fikir mübadiləsi aparılacaq.

Konfransda aparıcı neft-qaz şirkətlərinin, iri beynəlxalq təşkilatların, maliyyə institutlarının rəhbərləri və nümayəndələrinin iştirakı planlaşdırılır.

Bu il panel sessiyalarında “qaz-kimya sektorunda trendlər”, “Türkmənistan Xəzər şelfində investisiya layihələri”, “Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan” (TAPI) qaz kəməri, “Neft-qaz dərin emalının innovativ texnologiyaları” və “Neft-qaz sektorunda yeni investisiya layihələri” kimi mövzular müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır