“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaradılmasından 7 il ötür

350

22 oktyabr dənizçilər üçün əlamətdar gündür.

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaradılmasından 7 il ötür.

Şirkət Prezident İlham Əliyevin fərmanı ilə zəngin dənizçilik təcrübəsinə malik  Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi yoluyla 22 oktyabr 2013-cü ildə yaradılıb. 

Bu günlərdə isə çoxminli dənizçi kollektivinin ürəyi Şanlı Milli Ordumuzla döyünür. Hazırda ön cəbhədə döyüşənlər arasında ASCO əməkdaşları da var. Bundan baçqa, arxa cəbhədə yorulmadan çalışan dənizçilərimiz vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan ön cəbhədəki hərbçilərimizə dəstək olmağa çalışırlar.

Mənbə:https://seanews.az/