İlham Əliyev: “TAP-ın rəsmi açılışı, ola bilsin ki, bir neçə həftənin işidir”

284

“Trans-Adriatik Boru Kəməri (TAP) ilə bağlı hər şey qrafikə uyğun gedir”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.

“TAP-ın rəsmi açılışı, ola bilsin ki, ayların deyil, əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb”, – Prezident qeyd edib.