ASCO koronavirusla əlaqədar dezinfeksiya işlərini davam etdirir

338

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri  “Bərdə”, “Bəstəkar Fikrət Əmirov”, “Qarabağ”, “Zəngəzur”, “Andoqa”, “Abşeron-17”, “Orion-26”, “Socar-1”, “Om”, “PSK-31”, “Zirə”, “General Əsədov”, “Şahdağ” gəmilərində, 678 saylı üzən emalatxanada, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun paltardəyişmə otaqlarında, Dəniz Nəqliyyatı Donanmasının yeməkxanasında, dənizçilərin səfərlərarası yataqxanasında, Pirallahı şimal körpüsündə aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Mənbə:seanews.az