“Petkim” üçüncü rübü mənfəətlə başa vurub

262

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən iri yatırımlarından biri olan “Petkim” neft-kimya kompleksi bu ilin üçüncü rübünü uğurla başa vurub.

“Report”un məlumatına görə, bu barədə “Petkim”in bu ilin üçüncü rübü üzrə hazırladığı hesabatında deyilir.

Məlumata görə, koronavirus (COVID-2019) pandemiyasının bütün dünyada davam etməsinə baxmayaraq, hesabat dövründə “Petkim”in əldə etdiyi mənfəət 311 milyon türk lirəsi (36,7 mln ABŞ dolları) təşkil edib.

“Petkim”in mənfəətlə işləməsinə təsir göstərən səbəb kimi, əməliyyat xərclərinin optimallaşdırılması, istehsal proseslərinin yaxşılaşdırılmasını davam etməsi və effektiv texniki xidmət proqramları ilə müəssisələr üçün iş günlərinin sayının maksimuma çatdırılması kimi idarəetmə addımlarının uğurla həyata keçirilməsi olub.

Məlumatda həmçinin deyilir ki, pandemiya dövründə “Petkim” istehsalına fasiləsiz davam edib və Türkiyənin yerli sənayedə etibarlı bir təchizatçısı olub. Belə ki, lazım olan neft-kimya xammalını istehsal edən “Petkim” bir daha sübut edib ki, 2020-ci ilin üçüncü rübünün əvvəlində neft-kimya sektorunda və qlobal çətinliklərə baxmayaraq, büdcə hədəflərinə uyğun olaraq davam etdirib.

Mənfəətini ikinci rüb ilə müqayisədə 114%, keçən ilin eyni dövrü ilə müqayisədə 36% artıran şirkət bu ilin yanvar-sentyabr ayları ərzində əməliyyatlardan 1,7 milyard türk lirəsi (200,9 mln ABŞ dolları) nağd pul axınını təmin edərək likvidliyini daha da gücləndirib.