Milli Məclis “Abşeron” dəniz bloku üzrə hasilatın pay bölgüsü sazişini yeni redaksiyada təsdiqləyib

33

Milli Məclis “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini təsdiq edib.

Denizxeber.az bildirir ki, sənəd parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC İnternational ProjectCo 1RSC Limited” şirkətləri arasında imzalanmış saziş dəyişdirilib və yeni redaksiyada tərtib olunub.

Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.