Asiya bazarlarında LNG ucuzlaşdı

265

Bu həftə Asiya bazarlarında LNG qiymətləri Çindəki tələbatın azalması və ABŞ-dan daha çox tədarük gözləntilərinin təsirilə azalıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, regionun şimal-şərqi üçün dekabr fyüçersləri ötən həftəyə nisbətən 0,8 ABŞ dolları ucuzlaşaraq 6,7 USD/MMBTU təşkil edib.

Eyni zamanda bəzi mənbələr Malayziyanın Bintulu müəssisəsindən LNG tədarükünün naməlum səbəblərdən ləngidiyini bildirir.

Həftə ərzində Hindistanda böhrandan əvvəlki tələbatın bərpa olması ilə idxalatın artdığı bildirilib. “Kpler” xəbər verir ki, LNG idxalatı fevral ayındakı rekord 2,79 milyon tona qarşı sentyabr ayında 2,75 milyon ton olub.

Qeyd edək ki, LNG ilə bağlı əsas indeks olan “Platts JKM” sentyabrın 24-də noyabr fyüçerslərinə dair 4,9 USD/MMBTU, yaxud 180 USD/1000 kubmetr həddini keçmişdi.