“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

244

“Dəniz” qəzetinin növbəti –  6 noyabr 2020-ci il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda yeni tarix yazan rəşadətli Ordumuzun torpaqlarımızın erməni işğalından azad edilməsində göstərdiyi misilsiz şücaətdən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) xarici sularda üzən “Hüseyn Cavid” gəmisinin heyət üzvləri ilə bir araya gələn  Albaniyanın Durres limanı əməkdaşlarının haqq işində Azərbaycana dəstəyindən, Prezident İlham Əliyevin 29 iyun 2020-ci il tarixli Sərəncamı ilə təltif edilən Dəniz Nəqliyyatı Donanmasının bir qrup əməkdaşına mükafatların təqdim olunmasından, ASCO-nun 2020-ci ilin ikinci rübü üzrə Keyfiyyət, Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf mühitin mühafizəsi haqqında hesabatından,ASCO-da dezinfeksiya işlərinin ixtisaslaşmış şirkət tərəfindən həyata keçirilməsindən, Azərbaycanda balıqçılıq və balıqçılıq sənayesində maraqlı tərəflərin nümayəndələrinin iştiakı ilə keçirilən vebinarda bu sektordakı imkanlar və problemlərə dair müzakirələrin aparılmasından, Azərbaycan Dövlət Dəniz Akademiyası tələbələrinin Ordumuzun döyüş əzminin daha da artırılması və hərbi qulluqçulara mənəvi dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin təşkil etdiyi “Əsgərə məktub” layihəsinə qoşulmasından, Qazaxıstanın yeni Kurık-Əmirabad-Ənzəli (İran)-Kurık bərə xəttini yaxın günlərdə işə salacağından, bütün planetdəki insanlar üçün sülhə ümid yerinə çevrilməli olan Birləşmiş Millətlər Təşkilatının yaranma zərurətindən, balıqçılıq üçün ən əlverişli, dünya sularında baş verən hadisələrdən, gəmiçiliklə bağlı yeniliklərdən… bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.

Mənbə:https://seanews.az/