DFDS şirkəti gəmi tullantılarının qarşısını alacaq

223

Danimarka gəmiçiik şirkəti “DFDS” 2030-cu ilə qədər donanmasında istismar edilən gəmilərinin CO2 tullantılarının 45%-ə qədər azaldılmasını planlaşdırır.

“Seanews.az” xəbər verir ki, şirkətin tullantıların azaldılması və gəmilərin modernləşdirilməsi layihəsinə, gəmilərin gövdə müqavimətini və yanacaq sərfiyyatını azaldan xüsusi silikon boya ilə boyanması da daxildir. “DFDS” şirkəti boya istehsalçısı olan “Hempel” şirkəti ilə artıq müvafiq müqavilə imzalayıb.

Hazırda şirkət balansında olan dörd gəminin silikon boya ilə boyanmasına 2 milyon avro xərcləyib. Bu baxımdan həmin gəmilərin CO2 tulantısı bir il ərzində 4-6% və ya 10 min ton azalacaq.