“P&O Maritime Logistics” Azərbaycandakı cari neft-qaz layihələrini açıqlayıb

291

“P&O Maritime Logistics” (POML) uzun illər ərzində öz müştərilərinin bir çox layihələrində, o cümlədən “Abşeron”, “Qarabağ”, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində iştirak edir.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Qeyd olunub ki, hazırda POML şelfdə boruların çəkilməsi üzrə bir neçə layihədə iştirak edir, eləcə də kəşfiyyat və qazmanı, həmçinin neft və qaz hasilatını dəstəkləyir.

Şirkət Azərbaycanın bir çox neft və qaz yataqlarında, o cümlədən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Abşeron” yataqlarında iştirak edir. POML “Qarabağ” yatağında isə boruların çəkilməsi layihələrində iştirak edir.