Dünya bazarlarında təbii qaz yenidən ucuzlaşıb

227

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

“APA-Economics”in məlumatına görə, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,78% azalaraq 2,849 ABŞ dolları təşkil edib.