Azərbaycan 10 ayda Körfəz ölkələrindən ən çox İrana məhsul göndərib

234

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Oman qərarlaşıb.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, İrana ixracın dəyəri 34,5 milyon dollar, BƏƏ-yə 8 milyon dollar, Omana isə 2,1 milyon dollar olub. Birləşmiş Ərəb Əmirliklərinə ixracın dəyərində azalma, İran və Omana isə artım müşahidə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır