Yaponiya zavodlarında yerləşdirilən gəmi sifarişlərində azalma qeydə alınıb

224

Yaponiya bu ilin oktyabrında 14 gəmi tikintisinə dair sifariş alıb. Bunlardan 7-si quru yük, 3-ü tanker, 4-ü isə ümumi yük gəmisidir.

“Seanews.az” xəbər verir ki, bu göstəricilərə əsasən, Yaponiyada gəmi tikintisi sifarişlərində sentyabra nisbətən 21,7 faiz azalma qeydə alınıb.

Yaponiya Gəmi İxracatçıları Birliyindən verilən məlumata görə, ölkədə ilin 10 ayıda 113 ədəd gəmi sifarişi yerləşdirilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 25 ədəd az deməkdir.