KİV: Yaponiya, Fransa və ABŞ gələn ilin may ayında birgə hərbi təlimlər keçirəcək

261

Yapon özünümüdafiə qüvvələri ilə Fransa və ABŞ-ın silahlı qüvvələrinin 2021-ci ilin may ayında birgə hərbi təlimlər keçiriləcək. 

APA yerli “Sankei” nəşrinə istinadən xəbər verir ki, təlimlərin Yaponiya sularında yerləşən insan məskunlaşmayan adalarda keçirilməsi nəzərdə turulub. 

Qəzetin yazdığına görə, bu manevrlər Yaponiya hökuməti ilə ərazi mübahisəsində olan ÇXR rəsmilərinə çəkindirici siqnal kimi də qiymətləndirilə bilər. Söhbətin Şərqi Çin dənizindəki Senkaku adalarından getdiyi bildirilib.