Türkiyə Banqladeş donanmasına korvet və gəmi əleyhinə raketlər təklif edib

244

Banqladeş Hərbi Dəniz Qüvvələri 8 ədəd ağır raketlərlə təchiz olunan patrul katerləri almaq üçün tender elan edib.
Ordu.az xəbər verir ki, tenderdə Türkiyənin müdafiə sənayesi şirkətləri də iştirak edib.

Türkiyə Banqladeşə “MİLGEM ADA” sinfinə məxsus korvet və “ATMACA” gəmi əleyhinə raketləri təklif edib.

Bu günə qədər Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı üçün istehsal olunan 4 “ADA” sinfinə məxsus korvetdən 3-ü ABŞ istehsalı “Haroon Block II” raketləri daşısa da, sonuncu gəmi (TCG KINALIADA) həm ABŞ istehsalı, həm də yerli imkanlarla inkişaf etdirilən “ATMACA” raketlərinə sahibdir.