İran Venesuelaya neft tankeri göndərib

265

İran Milli Neft Şirkəti (NIOC) tərəfindən fraxt edilmiş “Ndros” tankeri neftlə yüklənmək üçün Venesuela sahillərinə yaxınlaşıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi əlinə keçən sənədlərə əsasən məlumat verib.

Agentlik qeyd edib ki, sənədə əsasən, “Ndros” tankerinə Xose limanına 1,9 milyon barel “Merey 16” markalı nefti yükləməlidir. Sənəddə NIOC müştəri, PDVSA isə malgöndərən kimi qeyd olunur.

Agentliyin bildirdiyinə görə, Tehran Venesuelaya benzin və qida, Karakas isə İrana yardım əvəzində qızıl verir. Belə ki, dekabrın əvvəlində İran Venesuelaya bu günə qədər ən böyük yanacaq həcmi olan gəmi partiyası göndərib: ümumilikdə yanacaq dolu on tanker oekanın o tayına gedib.

Qeyd edək ki, ABŞ-ın sanksiyaları altında iki ölkə arasındakı əlaqələrdə son dövrlərdə böyük yaxınlaşdığı var.