Beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsindən daşınan yüklər azalıb

253

2020-ci ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 32 milyon 769,3 min ton olub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, daşınmış yüklərin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,4 faiz az olub. 

Yüklərin 17 milyard 968,2 min tonu və ya 54,9 faizi avtomobil nəqliyyatı, 10 milyard 631,3 min tonu və ya 32,4 faizi dəmir yolu nəqliyyatı, 4 milyard 169,8 min tonu və ya 12,7 faizi dəniz nəqliyyatı ilə daşınıb. Digər nəqliyyat növlərindən fərqli olaraq yalnız dəmir yolu nəqliyyatı üzrə daşınan yüklərin həcmi 2,6 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 20,8 faizini və ya 6 milyard 821,8 min tonunu tranzit yüklər təşkil edib.