“General Əsədov” gəmisinin kapitanının sərnişin üzrə köməkçisi Rasim Məmmədov vəfat edib

459

AzərbaycanXəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “General Əsədov”  gəmisinin kapitanının sərnişin üzrə köməkçisi Rasim Məmmədov vəfat edib.

Rasim Məmmədov 17 noyabr 1979-ci ildə Biləsuvarda anadan olub.

O, Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunun “Gəmi sürücülüyü” ixtisasını bitirib. Əmək fəaliyyətinə 1997-ci ildə Xəzər Dəniz Neft Donanmasının “Ramiz Hacıyev” gəmisində I dərəcəli motorçu kimi başlayıb.  Sonrakı illərdə “Sabit Orucov”, “Bunkerovşık-7”, “Şkval” kimi gəmilərdə müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ildən isə “General Əsədov” gəmisində kapitanının sərnişin üzrə köməkçisi vəzifəsini icra edirdi.

Rasim Məmmədov çalışdığı illər ərzində peşəkar kadr kimi bütün işlərdə daim etimadı doğruldan fədakar dənizçi kimi özünü təsdiq edib. Bununla belə, o, səmimiyyəti ilə ətrafında olan insanların və kollektivin böyük rəğbətini qazanıb. Elə buna görə də onun əziz xatirəsi daim yaşayacaq və hər zaman ehtiramla yad olunacaq.

Allah rəhmət eləsin!