Moderləşdirilmiş “Gotland” sinifinə aid ikinci sualtı qayıq İsveç donanmasına qəbul edilib

254

“Gotland” sinfinə məxsus “HMS Uppland” adlı daha bir qayıq İsveç Hərbi Dəniz Qüvvələrinin donanmasının balansına qəbul olunub. 

“Seanews.az” xəbər verir ki, “Saab” şirkətinin moderləşdirdiyi sualtı qayıq 50 yeni sistemlə təchiz edilib.

Qeyd edək ki, “Gotland” sinfinə məxsus sualtı qayıqlar 1990-1997-ci illərdə istehsal edilib.