Türkiyə TANAP yolu ilə Azərbaycandan 4.2 milyard kubmetr qaz aldı

286

Şahdəniz yatağından Azərbaycan qazının Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə tədarükü təxminən 8 milyard kubmetr təşkil etmişdir. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

“TANAP istifadəyə verildiyi andan (2018-ci ilin iyun ayında – IF) və 1 dekabr 2020-ci il tarixinədək bu boru kəməri ilə təxminən 8 milyard kubmetr Azərbaycan qazı tədarük edilmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında bu boru kəməri ilə qaz tədarükü 4,2 milyard kubmetr təşkil edib ”, – məlumatda deyilir.

Xəbər verildiyi kimi, SOCAR-a görə, 2020-ci il iyun ayının sonundan etibarən TANAP üzərindən illik qaz tədarük həcmi Türkiyə üçün 6 milyard kubmetr təşkil edəcək. Bundan əlavə, 2020-ci ilin sonundan etibarən Azərbaycan Avropaya ildə 10 milyard kubmetr qaz tədarük etməyə başlayacaq.

İnterfaks Azərbaycan xəbər verir ki, SOCAR-ın proqnozlarına görə, TANAP Türkiyə qaz kəmərinin fəaliyyəti Türkiyənin qaz ehtiyacının 12 faizini ödəyəcək.

TANAP qaz kəmərinin birinci mərhələsinin (Gürcüstan-Türkiyə sərhədindən Eskişehirə qədər) istismara verilməsi mərasimi 12 iyun 2018-ci il tarixində baş tutdu və həmin il 30 iyun tarixində TANAP üzərindən Azərbaycan qazının ticarət tədarükü başladı. Eskişehirdən Türkiyə-Yunanıstan sərhədinə qədər TANAP qaz kəməri hissəsinə Avropaya qaz tədarükünə hazırlığını yoxlamaq üçün 15 aprel 2019-cu il tarixində sınaq qazının vurulması başladı. 15 iyun 2019-cu ildə Şahdəniz yatağından çıxarılan Azərbaycan qazı TANAP yolu ilə Türkiyə-Yunanistan sərhədinə çatdı. 1 iyul 2019-cu ildən bəri TANAP Azərbaycan qazının Avropaya tədarükünə tam hazırdır; 30 Noyabrda TANAP qaz kəmərinin ikinci mərhələsinin (Eskişehirdən Türkiyə-Yunanistan sərhədinə qədər) istismara verilməsi mərasimi baş tutdu. TANAP inşaatının dəyəri 6,5 milyard dollardır.

mənbə: ANGI