Yunanıstan qırıcıları Türkiyə gəmisinə hücum edib

254

Yunanıstanın Hərbi Hava Qüvvələrinə məxsus 4 “F-16” təyyarəsi Egey dənizinin şimalında beynəlxlaq sularda hidroqrafik sahədə elmi və texniki araşdırmalar aparan Türkiyənin “Çeşmə” gəmisinə hücum edib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyəyə məxsus gəmi martın 2-dək Egey dənizinin şimalında elmi və texniki araşdırmalar aparacaq.