“Maersk” şirkəti necə yaranıb? – 93 illik tarix

273

Dünyanın ən böyük gəmiçilik şirkətlərindən olan Danimarkanın “Maersk” şirkətinin yaranmasından 93 il ötür. Peter Marsk Möller və oğlu Arnold ilk illər yalnız gəmilərlə mal göndərməklə məşğul olublar. Sonralar nəslin davamçıları bu biznesə hava nəqliyyatı, İT şirkəti, tibbi cihazların istehsalı və s. xidmətlər əlavə edərək nəhəng bir imperiya yaradırlar.

1904-cü ildə kapitan Peter Möller Danimarkanın Svendborg şəhərində “Aktieselskabet Dampskibsselskabet Svendborg” şirkətini yaradır və tutumu 2200 ton olan “Svendborg” adlı ilk gəmisini alır. Gəminin gövdəsində əks olunmuş yeddiguşəli ulduz gələcəkdə “Maersk” şirkətinin loqosuna çevrilir. 1910-cu ildə Möller ailəsi artıq 10 gəmiyə sahib idi.



Peter Möller

1912-ci ildə Arnold artıq atası ilə ailə biznesində iştirak edirdi. Elə həmin ilin avqustunda onlar ikinci – “Dampskibsselskabet af 1912, Aktieselskab” adlı dənizçilik şirkətini yaradırlar. Bu şirkətin qərargahı Kopenhagendə yerləşirdi.

1914-cü ildə başlayan Birinci Dünya müharibəsi bir çox özəl şirkətlərin fəaliyyətini əngəlləsə də, Möller ailəsi öz biznesini daha da möhkəmləndirir və müntəzəm dəniz daşımaları həyata keçirir.



Arnold Möller

Arnold Möller 1928-ci ildə çiçəklənməkdə olan “Ford” şirkəti ilə avtomobil ehtiyat hissələrinin daşınması üçün müqavilə imzalayır. Həmin ilin iyulunda Baltimordan Uzaq Şərqə “Maersk” şirkətinin avtomobil ehtiyat hissələri ilə yüklənmiş ilk gəmisi səfərə çıxır. Bu ildən etibarən şirkət rəsmi olaraq “Maersk” adını daşımağa başlayır.

Arnoldun oğlu ailə biznesilə 3 il məşğul olduqdan sonra 1943-cü ildə özünün şəxsi “İnterseas Shipping Co.İnc” gəmiçilik şirkətini yaradaraq müstəqil sahibkara çevrilir. 2 il sonra İkinci Dünya müharibəsinin başlanması onu Danimarkaya qayıtmağa məcbur edir.

Ötən əsrin 50-ci illərində Möller gəmiqayırma sahəsini də inkişaf etdririr. İstismar etdikləri Odens şəhərindəki zavod kifayət qədər böyük olmadığından 1957-ci ildə yeni zavodun inşasına qərar verilir.



1957-ci ildə inşa edilmiş zavodun planı

60-cı illərdə şirkət öz fəaliyyətini şaxələndirmək qərarına gəlir. Bu sahədə ilk addım avtomobil ehtiyat hissələri tədarük edən “Roulunds Fabriker” şirkətinin satınalınması olur. 1962-ci ildə isə şirkət neft və qaz hasilatı sahəsində kəşfiyyat işləri aparır.

Beləliklə, şirkət “Maersk Olie og Gas” alt şirkətini yaratmaqla neft hasilatına başlayır. Sutkada əvvəlcə 500 min barrel, daha sonra isə 1 milyard kub metr neft hasil edən şirkət daha sonra Qətər və Əlcəzairdə fəaliyyət göstərir.

1964-cü ildə Möller “Dansk Supermarked” adlı marketlər şəbəkəsi işə salmaqla fəaliyyətini genişləndirir.

Arnold Peter Möller 1964-cü ildə vəfat edir. Elə həmin ildə şirkətin idarəetməsi onun oğluna verilir.

1968-ci ildə şirkət, birdəfəlik plastik tibbi məhsullar istehsalçısı olan “Phama-Plast” şirkətini satın alır. Müqavilə bağlandıqdan sonra şirkət “Maersk Medical” adlandırılır.

İki il sonra “Maersk Air” şirkəti təsis edilir. Və 1970-ci ildə müntəzəm aviareyslər həyata keçirməyə başlayır.

1972-ci ildə şirkət fəaliyyət siyahısına qazma qurğularının istehsalını əlavə edir.



1973-cü ildə Möllerin İT sektora qoşulması hamıda təəccüb doğurur. Qaz hasilatının inkişafı şirkətin ixtisaslaşmış tankerlərlə təchiz olunmuş donanmaya malik olması ilə nəticələnir.

Şirkət 80-ci illər ərzində də şaxələnməyə davam edir. 1985-ci ildə logistika xidmətlərini yerinə yetirən “Norfolkline” şirkətini satın alır. 1988-ci ildə isə “Panamaks” tipli konteyner gəmilərinin inşasına başlayır.



Mersk Makkini Möller

1997-ci ildə şirkət Litvada Baltik Gəmiqayırma Zavodunu və 1998-ci ildə isə Almaniyanın Stralsund şəhərində “Volkswagen” zavodunu satın alır.

2001-ci ildə dünya yükdaşıma bazarındakı böhran və qiymətlərin enməsi nəticəsində Maersk çətin vəziyyətə düşür. Xərcləri azaltmaq üçün Möller, “Roulunds” avtomobil şirkəti və “Maersk Medical” da daxil olmaqla bir sıra strukturları satmalı olur.

2009-cu ildə şirkət Odensdəki tərsanəni bağlayır və Litva tərsanəsini satır. 2014-cü ildə “Dansk Supermarked Group” supermarketlər şəbəkəsi,  6 il sonra “Maersk Oil” və “Maersk Tankers” alt şirkətləri satılır.

2019-cu ildə şirkətin gəlirləri 2018-ci illə müqayisədə 0.9% azalmaqla 38.9 milyard dollara bərabər olur.

2020-ci ilin ikinci rübünün nəticələrinə görə, şirkətin gəlirləri daha 6.5% azalıb. Hazırda şirkətin balansında 708 ədəd gəmi var.

https://www.seanews.az/