Ticarət gəmisi terrorçuların hücumuna məruz qalıb

202

Oman Körfəzində üzən “Helios Ray” adlı gəmidə partlayış baş verib.

“Seanews.az” xəbər verir ki, heyəti ingilislərdən ibarət olan gəminin raket və ya mina atəşinə tutulduğu bildirilir.

Məlumata görə, sözügedən gəmi Yaxın Şərqdən Sinqapura avtomobillər daşımaq üçün səfərə çıxmışdı. Partlayışdan dərhal sonra göyərtədə olan avtomobillər Fars Körfəzinin müxtəlif limanlarına daşınıb.

Hadisə nəticəsində gəmiyə bir neçə tərəfdən ziyan dəyib, lakin heyət üzvləri xəsarət almayıb.

Partlayışdan sonra gəmi araşdırılma üçün Dubaya göndərilib.