ASCO gəmiləri mütəmadi dezinfeksiya olunur

262

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Bəstəkar Fikrət Əmirov”, “Şəki”, “İslam Səfərli”, “Ağdam”, “Bəstəkar Qara Qarayev”, “Dağıstan”, “SLV-363”, “Qartal””, “Orion-17”, “Orion-23”, “Orion-22”, “Cəmil Niftəliyev” gəmilərində, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun paltardəyişmə yerlərində və yeməkxanasında aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.