İndoneziyada limana yenicə yan alan sərnişin gəmisində yanğın olub

212

İndoneziyanın Qərbi Papua əyalətində yerləşən Sorong Limanında “Fajar Baru 8” adlı sərnişin gəmisində yanğın baş verib.

“Seanews.az” xəbər verir ki, hadisə gəmi limana yan aldıqdan yarım saat sonra olub. Anidən başlayan yanğın qısa müddətdə bütün gəmini əhatə edib.

Sərnişinlər və heyət üzvləri təhlükəsiz vəziyyətdə gəmidən təxliyə olunublar.

Hələlik yanğının baş vermə səbəbi bilinmir, hazırda bu istiqamətdə araşdırma aparılır.