ASCO əməkdaşları “Hadisələrin insidentlərin araşdırılması və kök səbəbin təhlili” kursunda iştirak ediblər

261

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 20 nəfər əməkdaşı “G&I Academy” tərəfindən təşkil olunmuş “Hadisələrin / insidentlərin araşdırılması və kök səbəbin təhlili”  kursunda iştirak edib.

İki günlük təlimin əsas məqsədi bədbəxt hadisələrin araşdırılmasında iştirak edən səlahiyyətli şəxslərin bilik və bacarıqlarının artırılması və inkişaf etdirilməsindən ibarətdir.

Kurs müddətində iştirakçılara hadisə və insidentlərin araşdırılması və kök səbəbinin təhlili üçün hüquqi və beynəlxalq standartlar izah olunub, təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi, qəzaların təsnifatı, yerli və beynəlxalq qanunvericilik, təhlil prosesi, yekun məruzə və qiymətləndirmə ilə bağlı ətraflı məlumat verilib. İştirakçılar müxtəlif praktiki tapşırıqlar yerinə yetirərək biliklərini daha da möhkəmləndiriblər.

Təlimi bitirən dinləyicilərə müvafiq sertifikat təqdim olunub.

Qeyd edək ki, “Hadisələrin/ insidentlərin araşdırılması və kök səbəbin təhlili”  kursu Böyük Britaniyanın “Risk və Əməyin Təhlükəsizliyinin İdarə olunması üzrə Beynəlxalq İnstitut”u tərəfindən təsdiq edilib.

Mənbə:https://asco.az/