“NDT Global” TAP kəmərinin ilkin araşdırmasını aparacaq

242

“NDT Global” şirkəti Xəzər dənizindən hasil edilən və Avropa ölkələrinə nəql edilməsi üçün nəzərdə tutulan qazı Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə nəql edən “TAP AG” Konserni ilə ilkin yoxlama tədqiqatının tamamlaması ilə bağlı müqavilə imzalayıb.

“Report”un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə “NDT Global” şirkəti məlumat verib.

Bildirilir ki, “NDT Global” 878 km uzunluğundakı böyük diametrli qaz kəməri sistemi bir çox çətin xüsusiyyətlərə sahibdir. Belə ki, boru kəməri dağlıq ərazi, böyük yüksəklik profili, yüksək divar qalınlığı və kompleks sualtı dərinlik profili daxil olan sistemdir.

Şirkətdən bildiriblər ki, “NDT Global”ın “ART Scan” texnologiyası bütün bu problemləri həll edir, eyni zamanda divar qalınlığı, həndəsə və xəritələşdirmə araşdırma qabiliyyətlərini tək bir yoxlamaya qüsursuz birləşdirir.

“NDT Global” şirkətinin Məhsulların idarəedilməsi idarəsinin rəhbəri Villem Vos (Willem Vos) bildirib ki, “NDT Global”ın bu əsas yoxlama proqramını Trans-Adriatik Boru Kəməri ilə başlamasından məmnundur. Onun sözlərinə görə, bu mükafat bir daha nümayiş etdirir ki, boru kəməri operatorlarının yüksək dəqiqlikli UT yoxlamanın üstünlüklərini qəbul edir və dünya qaz kəmərləri bazarlarında akustik rezonans texnologiyasının gələcəyini gücləndirdiklərini daha da nümayiş etdirir”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan Trans-Adriatik Boru Kəməri Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır. 31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib. TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır. TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.