“Satti” qazma qurğusunun qazacağı quyuların ilkin sayı açıqlanıb

307

Qazaxıstanın “KMG Drilling&Services” və Azərbaycanın “Caspian Drilling Company” şirkətləri arasında imzalanmış birgə fəaliyyət barədə saziş 2 kəşfiyyat və 1 opsion quyusunun qazılmasını nəzərdə tutur.

Bu barədə Trend-ə “KazMunayQaz” şirkətindən bildiriblər.

Qeyd olunub ki, həmin quyular dayazsulu “Abşeron” strukturunda “Satti” qaldırıcı üzən qazma qurğusu vasitəsilə qazılacaq.

Şirkətdən bildiriblər ki, yaxın zamanlarda qazma qurğusunun modifikasiyası və zəruri sənədlərin razılaşdırılması başa çatacaq. Eyni zamanda, işçi heyətin təlimi və avadanlığın təftişi də başa çatmaq üzrədir.

Xatırladaq ki, fevralın sonunda “KMG Drilling&Services” və “Caspian Drilling Company” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Satti” qaldırıcı üzən qazma qurğusunun quyular qazması barədə Saziş imzalayıb.