Dəniz quldurları tankerin 15 nəfər heyət üzvünü girov götürüblər

244

Maltaya məxsus, kimyəvi maddələr daşıyan “Davide B” tankeri martın 11-də dəniz quldurlarının hücumuna məruz qalıb.

“Seanews.az” xəbər verir ki, hadisə Kotonu (Benin) limanından 210 dəniz mili aralıda baş verib.

Gəminin sahibi, “De Poli Shipmanagement” şirkətinin məlumatına görə, quldurlar heyətin 15 nəfər üzvünü girov götürüblər. Heyətin digər 6 nəfər üzvü gəmidə xüsusi bölmədə gizlənə biliblər.

Hadisə baş verən zaman “Davide B” tankeri Riqadan (Latviya) Laqosa (Nigeriya) üzürdü.

Hazırda gəminin girov götürülmüş heyət üzvlərinin axtarışı üzrə işlər gedir.