TRACECA-nın Azərbaycan hissəsində 3,2 milyon ton yük daşınıb

241

Cari ilin yanvarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 3,2 milyon ton, yük dövriyyəsi isə 770,7 milyon ton/kilometr olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 1 milyon 835 min tonu və ya 56 faizi avtomobil nəqliyyatı, 1 milyon 106,3 min tonu və ya 33,8 faizi dəmir yolu nəqliyyatı, 336 min tonu və ya 10,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 21,7 faizini və ya 709,9 min tonunu tranzit yüklər təşkil edib.