AzTU-da “Yaşıl enerji texnologiyaları” mövzusunda seminar-sərgi keçirilib – FOTO/VIDEO

337

Azərbaycan Texniki Universiteti (AzTU) və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “Yaşıl enerji texnologiyaları” mövzusuna həsr olunmuş seminar-sərgi keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, AzTU-nun əməkdaşları, Energetika Nazirliyinin, “Azərkosmos” ASC-nin, Azərbaycan Jurnalistlər Birliyi (AJB) və “BİG Group” un nümayəndələri iştirak edib.

Seminar-sərgidə AzTU-nun rektoru, professor Vilayət Vəliyev və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun mövzu üzrə məruzələri dinlənilib.

Gündəliyə uyğun olaraq, tədbirdə AzTU-nun tədris işləri üzrə prorektoru, professor Nurəli Yusifbəyli “Mövcud trendlər və Azərbaycanda yaşıl enerji texnologiyalarının inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində növbəti onillikdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritetdən birini təmiz ətraf mühit və “yaşıl” texnologiyalar təşkil edir. Bu eyni zamanda BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası ilə bağlı məsələlərin həlli üçün də xüsusi əhəmiyyət kəsb edir. N. Yusifbəyli qabaqcıl ölkə təcürbələri və Azərbacanda yaşıl texnologiyaların real vəziyyətinin təhlilini tədbir iştirakçılarının diqqətinə çatdırıb və qeyd edib ki, bu sahənin inkişafını şərtləndirən digər amillərlə yanaşı, son 10 ildə günəş “PV” texnilogiyalarında 1 kVts kapital xərclərinin 10 dəfəyə yaxın, külək üzrə isə 2 dəfədən çox düşməsi bu sahənin inkişafı üçün yaxşı zəmin yaradır. Məruzəçi çıxışını konkret təkiliflərə tamamlayıb.

Tədbirin ikinci hissəsində gənc innovatorlar, sahə üzrə mütəxəssislər Ceyhun Xəlilov və Ruslan Hacıömərov yaşıl enerji texnologiyaları üzrə yaradılmış innovativ qurğuların təqdimatı ilə çıxış edib. Gənc innovatorlar hazırladıqları müasir qurğuları real iş rejimində tədbir iştirakçılarına nümayiş etdirib. İnvertorlu hibrid stabilizatoru, reaktiv və induktiv müqavimət filteri, yüksək tezlikdə işləyə bilən ekonom lampa, elekrik depolaması üçün akumilyasiya (elektromobil), özü-özünü eletriklə təmin edən generator və tullantıların emalı kompleksi barədə tədbir iştirakçılaına məlumat verilib.

Sonda AzTU-nun rektoru V. Vəliyev univesitetdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq yeni kafedraların yardılması və bu sahədə görülən işlər haqqında tədbir iştirkçılarına məlumat verib. Milli Məclisin Komitə sədri S. Qurbanov Prezident İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş Milli Prioritetlərlə əlaqədar ətraflı məlumat verərək komitənin həyata keçirdiyi fəaliyyət istiqmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

AzTU-da "Yaşıl enerji texnologiyaları" mövzusunda seminar-sərgi keçirilib - FOTOLAR

Big.az