SOCAR Afrikada layihələrdə iştirak etməyi planlaşdırır

202

SOCAR-ın ticarət bölməsi olan “SOCAR Trading” şirkəti “Elektrik enerjinin istehsalı üçün mayeləşdirilmiş qaz (LNG)” inteqrasiya edilmiş layihələrin həyata keçirilməsi üzrə komanda yaradıb.

“APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin inkişaf üzrə direktoru Toğrul Köçərli deyib.

Onun sözlərinə görə, “SOCAR Trading” bu sahənin iri iştirakçılarından birinə çevrilməyə ümid edir. Məlumata görə, şirkət artıq 2017-ci ildə Maltada həyata keçirilən layihədə iştirak edib, burada “SOCAR Trading” LNG tədarükçüsü qismində iştirak edib.