Türk Şurasına üzv ölkələrin limanları arasında əməkdaşlıq genişləndirilir

192

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) nümayəndə heyəti arasında görüş keçirilir.

“Report” səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Türk Şurasına üzv ölkələrin limanları ilə əməkdaşlığın genişləndirilməsidir.

Tərəflər qeyd edib ki, Azərbaycanın 2-ci Qarabağ döyüşlərində əldə etdiyi uğurlu nəticə sayəsində, bölgədə yeni nəqliyyat imkanı yaranıb ki, bu da Şuraya üzv ölkələr arasında əməkdaşlığın genişlənməsinə imkan verəcək.

Daha sonra qonaqlar, yüklərin qəbulu və yola salınması prosesini yerində izləmək üçün Ələtdə yerləşən Bakı Limanında olacaqlar.